iPhone 13 yeni Apple A15 Bionic prosessoru üzərində işləyir. Prosessor sayəsində smartfon qrafikanı sürətli emal edib, enerjini daha qənaətli sərf edir. Daxili yaddaş 256 GB-dır. Apple şirkəti məhsullarının keyfiyyəti ilə seçilir. Bu səbəbdən yeni çıxan iPhone 13 smartfonunun qısa müddət ərzində geniş alıcı kütləsinə sahib ola bilməsi təəccübləndirmir. Mükəmməl kamera sistemi, sürətli A15 çipi, daha çox enerji saxlayan batareya – təqdim edilən smartfonun imkanları sərhədsizdir. Şüşədən hazırlanan arxa panel və alüminium çərçivə Midnight rəngində təqdim edilib. Smartfon üz tanıma funksiyasını dəstəkləyir. Beləliklə, bütün məlumatlarınızi etibarlı şəkildə qorunur. Ekran onun möhkəmliyini 4 qat artıran Ceramic Shield materialından hazırlanıb. Super Retina XDR displey rəngləri parlaq və təbii təsvir edir. Yüksək ekran tezliyi dinamik kadrlarda görüntünün keyfiyyətli ötürülməsi üçün imkan yaradır. IP68 qorunma dərəcəsi sayəsində təsadüfən tökülən su, qəfildən başlayan yağış iPhone 13 üçün qorxulu deyil. Böyük məhsuldarlıq balaca Apple A15 Bionic prosessorundan asılıdır. Prosessor bütün sistem prosesslərini sürətləndirir. Nəticədə, iPhone 13 istənilən tapşırığınızı çevik yerinə yetirə bilir. A15 çipin effektivliyi və batareyanın 3240 mAh həcmi sayəsinsə günün sonunadək enerjisiz qalmayacaqsınız. Smartfon 4 GB operativ yaddaşa sahibdir və iOS 15 əməliyyat sistemi üzərində işləyir. Smartfonda daha çox məlumat saxlaya bilməyiniz üçün 256 GB daxili yaddaş təqdim edilib. Reallığı və parlaqlığı ilə heyran edən şəkillər, peşəkar keyfiyyətli videolar yaratmaq istəyirsinizsə bu model sizin üçündür. Arxa paneldə yerləşən kameraların ölçüləri böyüdülüb. Optik stabilləşmə və hərəkət edən matrislə təchiz edilən 12 meqapikselli kamera hərəkət zamanı görüntünün sabitliyini təmin edir. Ultra geniş bucaqli kamera arxa fonu maksimal əhatə edir. "Deep Fusion" texnologiyası sayəsində sevdiyiniz çay dəstinin incə naxışları belə kadrda aydın əks ediləcək. Smartfon "Smart HDR 4" rejimini dəstəkləyir. Bu rejim sayəsində dostlarınızla selfiləri yalnız 12 meqapikselli ön kameraya çəkəcəksiniz. "Smart HDR 4" texnologiyası dərinin tonunu, aydınlığı, kontrastı hər bir nəfər üçün individual olaraq təyin edir. "Portret" rejimində ideal kadr yarada bilməyiniz üçün 5 işıqlandırma effekti əlavə edilib. "Gecə" rejimi vasitəsilə gecə vaxtı möhtəşəm şəkillər çəkməyə davam edə bilərsiniz. Zəif işıq şəraitində belə parlaq və dəqiq fotolar əldə edilir.