Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray
Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray
Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray
Məhsul sahibinə, iphone.com.az saytından zəng etdiyinizi bildirməyiniz tövsiyyə olunur
Tarix: 2024-10-18 04:24:11 Bakı

Notbuk Apple MacBook Air 13" MGN63RU/A Space Gray

1.799.99 AZN

Haqqında Baxış: 3

Rəng Space Grey
Operativ Yaddaş (RAM) 8 GB
Ekranın diaqonalı 13.3
Daxili Yaddaş 256 GB

Macbook Air M1 çipi üzərində işləyir. Macbook qiymeti ilə tanış olmaq üçün saytımıza keçid edin. Notbuk 8 GB operativ yaddaşa və 256 GB SSD-yə malikdir. Apple Macbook Air 13" MGN63RU/A modeli premium kateqoriyalı notbuklara aiddir. Qurğu dəbli görünüşə sahibdir və yeni M1 çipi ilə təchiz edilib. Apple notbuku sürətli olub, səssizdir və daha çox avtonom işləyə bilir. Macbook Air modelinin korpusu alüminiumdan hazırlanıb. Notbuk Space Gray rəngində təqdim edilib. Korpusun sol hissəsində 2 ədəd Thunderbolt 3, sağda isə qulaqlıq üçün giriş mövcuddur. Cihaz Magic Keyboard klaviatura və Force Touch Trackpad ilə təchiz edilib. Klaviatura işıqlandırmaya sahibdir. Beləliklə, qaranlıqda asanlıqla mətn yığmaq mümkündür. Böyük Trackpad sayəsində notbuk toxunuşlara dəqiq cavab verir. Macbook 13 Touch ID dəstəkləyir. Barmaq izini skan edərək notbuku blokdan çıxara, Apple TV tətbiqində ödəniş edə bilərsiniz. Yeni Macbook 13 düymlü Retina displeyə sahibdir. Ekran şüşədən hazırlanıb və rəngləri parlaq ötürür. Nəticədə, görüntü daha real və detallı təsvir edilir. İstənilən mətnlər rahat oxunur. Geniş baxış bucaqına sahib ekran sevdiyiniz videoları, ən yeni filmləri izləmək üçün ideal ölçülərə sahibdir. TrueTone texnologiyası işıqlandırmanı avtomatik olaraq ətrafınızdakı işıqlandırmaya əsasən dəyişir. M1 çipi displeyin üst hissəsində yerləşən kameranın işini optimallaşdırıb. Beləliklə, FaceTime vasitəsilə video zəng zamanı görüntü daha keyfiyyətli ötürülür. Neural Engine maşın öyrənmə sistemi sayəsində notbuk üz cizgilərinizi yaddaşda saxlayır və növbəti istifadə zamanı ətrafınızdakı işıqlandırmaya əsasən dərinizin tonunu təbii təsvir edir. 3 ədəd mikrofon sayəsində isə səsiniz aydın ötürüləcək. Macbook Air M1 çipi üzərində işləyir. Apple M1 çipinin köməkliyi ilə mərkəzi prosessor 3.5 dəfə, qrafik prosessor isə 5 dəfə daha sürətli işləyir. Neural Engine maşın öyrənmə texnologiyası sürətini 9 dəfə artırıb. M1 Apple brendinin Mac üçün yaratdığı ilk çipdir. Yeni çipin arxitekturası digər prosessorlardan fərqlidir. Burada mərkəzi və qrafik prosessorlar, Neuran Engine sistemi, Thunderbolt kontrolleri və digər vacib komponentlər birləşir. Nəticədə, komponentlər məlumatı öz aralarında sürətli ötürür. Nəticədə, notbuka istənilən tətbiqləri yükləyib şəkil və videoları redaktə edə, ağır qrafikaya sahib oyunları oynaya bilərsiniz. Apple M1 batareyanın işini optimallaşdırıb. Çip tapşırıqları səmərəli yerinə yetirir, beləliklə cihaz daha uzun müddət ərzində avtonom işləyə bilir. Ekranın parlaqlığını 50% təyin edib 16 saat ərzində fasiləsiz video izləyə bilərsiniz. Adi istifadə zamanı isə bu müddət 18 saata qədər artırıla bilər. Bundan başqa, Macbook Air 13 modelində ventilyator yoxdur. Bu isə o deməkdir ki, cihaz tamamilə səssizdir. Apple M1 çipinin köməkliyi ilə iPhone və iPad üçün tətbiqləri Macbook-da istifadə etmək mümkündür. Beləliklə, smartfonunuzda olan tətbiqləri notbuka yükləyib mobil oyunları oynaya, yemək sifariş verə, bank tətbiqlərindən istifadə edə bilərsiniz. Rosetta 2 texnologiyası ilə Intel prosessoru üçün nəzərdə tutulan tətbiqləri Macbook-da yükləmək və istifadə etmək olar.

Xəbərdarlıq! Məhsul sahibi ilə real görüşərək, ödəniş mərhələsini tamamlamağınız məsləhət görülür! Dələduzluq və başqa xoşa gəlməz hadisələrin olmaması üçün alqı-satqını ciddi şəkildə etməyiniz sizin üçün əhəmiyyətlidir!
.

Şərhlər 0

airpods 4 apple iphone 16 pro apple watch 8 iphone qulaqciqi iphone 12 128 256 512 gb airpods iphone 14 pro max 128 256 512 gb apple watch 3 pro iphone 15 256 gb qiymeti iphone usb kabeli iphone 14 pro max 256 ge qiymeti iphone zaryatkasi iphone 14 pro iphone 12 pro 512 gb iphone aksesuari iphone 15 pro 512 gb telefon kredit apple iphone 16 mebel iphone 15
daha çox
Məhsul yerləşdir